Ölkənin ən böyük ticarət məkanlarından biri olan “Sədərək” Ticarət Mərkəzinin fəaliyyəti ilə bağlı redaksiyamıza ciddi iddiaların yer aldığı şikayət daxil olub. Şikayətdə ticarət mərkəzində vergidən yayınma, elektrik enerjisinin sahibkarlara baha satılması, yüksək icarə haqları, eləcə də digər fəaliyyət istiqamətləri ilə bağlı bir sıra ciddi iddialar səsləndirilib.
1xeber.media xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim iddiaları təkzib edib, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini bildirib:
















