Tarlalar xilas oldu! – Yuxarı Şirvan kanalında qəza tam aradan qaldırıldı, əkin sahələrinə su verildi
Ucar rayonunun təsərrüfat sahiblərinə gözlənilən şad xəbər gəldi! Yuxarı Şirvan suvarma kanalında baş verən kritik qəzanın fəsadları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) gecə-gündüz apardığı fasiləsiz bərpa işləri sayəsində tamamilə aradan qaldırılıb. Bənd bərpa olunan kimi Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi dərhal hərəkətə keçərək tarlalara və əkin sahələrinə suyun ötürülməsini təmin edib. Günlərdir məhsulunun tələf olmasından qorxan fermerlərin sevincli anları və suvarma prosesindən ən son görüntülər xüsusi video-süjetimizdə!
















