"Bir tibb müəssisəsində bu qədər qanunsuzluq və milyonluq var-dövlət iddiaları zənciri necə yaşana bilər?" – Bərdə Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi iddia olunan misli görünməmiş rüşvət, sənəd saxtakarlığı və korrupsiya mexanizmi ölkə səhiyyəsini silkələyib.
Xəstəxananın Doğum şöbəsinin keçmiş həkimi Nərgiz Hümbətovanın baş həkim Vüsal Eyvazov barəsində səsləndirdiyi şok ittihamlar ciddi rezonans doğurub. İddiaya görə, sertifikasiyadan keçən həkimi yenidən işə bərpa etmək üçün 3 min manat rüşvət alan, müxtəlif bəhanələrlə işçilərdən mütəmadi nağd pullar qoparan baş həkim cəmi 4-5 aylıq fəaliyyəti dövründə özünə 400 min manatlıq mənzil və 150 min manatlıq lüks avtomobil əldə edib. Üstəlik, xəstəxanada icra edilən cərrahi əməliyyatların rəsmi qeydiyyatını digər həkimlərin adına yazdıraraq pərdəarxası maliyyə şəbəkəsi quran rəhbərliyin gizli əməliyyat mexanizmi və prokurorluq orqanları ilə TƏBİB-i təcili hərəkətə keçməyə məcbur edən ifşanın şok detalları materialımızda!

















