Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində ölkə energetiklərinin tədbiri keçirilib. "AzərEnerji", "Azərişıq" və universitet rəhbərlərinin qatıldığı mərasimdə Vətən müharibəsi iştirakçıları olan energetiklərin şücaətindən və son altı ildə azad edilmiş ərazilərdə istifadəyə verilən 50-dən artıq enerji obyektindən bəhs olunub.















