Zəfər təkcə döyüş meydanında qazanılmır, zəfər həm də viran qalmış yurdların yenidən həyata qayıtmasıdır. Bu gün vaxtilə dağıdılmış şəhərlərimizdə həyat yenidən canlanır. Uzun illər həsrətlə gözləyən insanların doğma ocaqlarına qayıdışı, o torpaqlarda ucalan uşaq səsləri qələbəmizin ən gözəl təntənəsidir. 44 günlük Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, həm də özümüzə olan inamımızı qaytardı. Biz sübut etdik ki, birlik olanda qarşımızda heç bir güc dayana bilməz. Qalib ölkənin qalib vətəndaşları olaraq gələcəyə daha inamla addımlayırıq. Qələbə yaraşır sənə, ey Vətən!















