Bu gün Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifəsini qeyd edirik. 8 Noyabr — Zəfər Günü! Cəmi 44 gün ərzində dünya hərb tarixinə yeni bir səhifə yazan Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu. Şuşanın sıldırım qayalarını aşan igidlərimiz bütün dünyaya bir xalqın azadlıq eşqinin nələrə qadir olduğunu göstərdi. Artıq nə köçkünlük var, nə də məğlubiyyət acısı. İndi yalnız qürur var, zəfər var, bütöv Azərbaycan var! Bu möhtəşəm qələbənin memarlarına, əsgərlərimizə, şəhid və qazilərimizə sonsuz təşəkkürlər. Bayrağın həmişə ucalarda dalğalansın, Azərbaycan!















