2020-ci ilin payızında yazılan 44 günlük dastan, XXI əsrin hərb tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycan ordusu Ermənistanın onilliklər ərzində qurduğu keçilməz istehkamları darmadağın edərək yeni hərbi strategiya nümayiş etdirdi.Dron müharibəsindən tutmuş, yaxın döyüş taktikasına qədər atılan hər bir addım bu gün dünyanın aparıcı hərbi mərkəzlərində öyrənilir. Şuşanın azad edilməsi isə düşmənin bütün müqavimətini qırdı və kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Bu gün Azərbaycan təkcə öz torpaqlarını azad etməyib, həm də regionda yeni iqtisadi və siyasi reallıqlar diktə edir. Qarabağda aparılan nəhəng quruculuq işləri göstərir ki, bu zəfər həm də böyük qayıdışın, dirçəlişin rəmzidir. Zəfər Günümüz mübarək!
















