Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Vyetnam dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə və siyasi etimadın güclənməsinə səbəb olub. Xüsusilə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının ikitərəfli əlaqələri yeni səviyyəyə yüksəltdiyi bildirilib.
















