Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Komitəsinin sədri Şahin Bağırov açıqlama verib. O, "gununsesi.info"ya açıqlamasında bu barədə suala aydınlıq gətirib.
“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - Şahin Bağırov deyib.