Rusiyanın əməkdar pilotu Viktor Sajenin ABŞ-da qəzaya uğrayanların adını çəkib.
1xeber.media xəbər verir ki, O, bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.
Pilot qeyd edib ki, Bombardier CRJ700 sərnişin təyyarəsi Vaşinqton hava limanına yaxınlaşır və yerdən təxminən bir kilometr məsafədə düz xətt üzərindədir.
Bu anda ekipajın bütün diqqəti yerə enməyə yönəlib. Sajeninin fikrincə, “Black Hawk” hərbi vertolyotu uçuşa qadağan zona olduğu üçün prinsipcə orada görünməməli idi.