İranda Sirç-Kirman yolunda tələbə qızları daşıyan avtobus aşıb.
Bu barədə İranın Kirman əyalətinin Fövqəladə Hallar Xidməti məlumat verib.
Bildirilib ki, avtobusda 40 nəfər olub, 6 nəfər ölüb, 15-i isə ağır yaralanıb.
Qəzanın təfərrüatı barədə məlumat verilməyib.