Livana səfəri ilə karyerasını başa çatdırdı
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell diplomatik karyerasını Livana səfəri ilə başa vurur.
1xeber.media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, səfərində ölkənin dağılmaq ərəfəsində olduğunu bildirib.
Diplomat Livan ordusu üçün 200 milyon avro vəd edərək, ABŞ-nin atəşkəs təklifini qəbul etmələri üçün "Hizbullah" və İsrailə təzyiq göstərməyə çağırıb.
Borrell Beyruta səfəri zamanı livanlıları maliyyə cəhətdən dəstəkləməyə hazır olduğunu bildirib.