Polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib.
1xeber.media xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksandr Xinşteyn Teleqram kanalında məlumat verib.
"Rusiya prezidentinin sərəncamı ilə polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib. Bu günə qədər o, Samara vilayəti üzrə Rusiya Mühafizə İdarəsinə rəhbərlik edib", - o yazıb.