Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 pilotsuz uçuş aparatı (PUA) Krım Respublikası və Kursk vilayəti üzərində məhv edilib.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 14-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Növbəti hava hücumundan müdafiə sistemləri Ukraynanın dörd pilotsuz uçuş aparatını məhv edib: Kursk vilayəti ərazisində üç PUA və Krım Respublikası ərazisi üzərində bir PUA”, - departament öz Teleqram kanalında yazıb.
İHA-ların təyyarə tipli olduğu dəqiqləşdirilir. Dronlar Moskva vaxtı ilə saat 15:20-16:05 arasında vurulub.
Aprelin 14-də Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn bildirib ki, Bars-Kursk dəstəsinin könüllüləri hərbi polislə birlikdə Qluşkovski rayonunda 200 kq ağırlığında Ukraynaya məxsus PUA aşkar ediblər. Onun sözlərinə görə, istehkamçılar sərhəd bölgəsində hər gün on minlərlə sursat, mərmi, mina və digər partlayıcı obyektləri zərərsizləşdirirlər.