Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda başlanan növbəti ikitərəfli görüşü müharibəni dayandıracaq nəticəyə hədəflənməyib. Tərəflər ötən dəfə olduğu kimi bir qrup əsirin dəyişdirilməsinə razılaşıblar. Bunun xaricində başqa razılaşmaların əldə ediləcəyi problematikdir.
1xeber.media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını şərh edərkən bildirib.
O, iki ölkə arasında sülhün yaxın olmadığını vurğulayıb:
“Sülhə hələ çox var. ABŞ Prezidenti Donald Tramp atəşkəsə nail olmaq üçün Rusiyaya 50 gün vaxt tanıyıb. Rusiya və Ukrayna 50-ci gündən sonrakı mərhələyə hazırlaşıblar. Kreml 50 gün ərzində Ukraynanın mümkün qədər çox ərazisini işğal etməyə, Ukrayna ordusu isə Rusiya tərəfinin itkilərini artırmağa çalışır. Rusiya ordusunun 50 gün ərzində Ukraynanın 4 bölgəsinin administrativ sərhədlərinə çıxacağı çətindir. Ona görə də Trampın Rusiyaya qarşı vəd etdiyi sanksiyaların işə düşəcəyi proqnozlaşdırılır. ABŞ Konqresi isə Rusiyadan neft alan ölkələrə qarşı sanksiya qətnaməsini müzakirəyə çıxarıb. Bu arada, bir qrup Avropa ölkəsi Ukrayna ordusunun işğalçıya qarşı müqavimətini gücləndirmək üçün Kiyevə göndərdikləri hərbi texnika sayını artırıb.
Müharibənin davamına baxmayaraq, tərəflərin