Hindistan Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
1xeber.media xəbər verir ki, bu barədə Modi X hesabında yazıb.
O, Putinlə ikitərəfli münasibətləri müzakirə etdiyini və Rusiya liderini Hindistanda qəbul etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.