Rusiya ordusu Ukraynanın Sum vilayətində mülki infrastruktura raket zərbəsi endirib.
1xeber.media xəbər verir ki, bu barədə Sum vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov özünün Teleqram kanalında yazıb.
"Hadisə yerində yanğın baş verib. Bütün fövqəladə xidmətlər işləyir. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir", - o qeyd edib.
Qriqorov əhaliyə təkrar hücum barədə xəbərdarlıq edərək ehtiyatlı olmalarını tövsiyə edib.