Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekan seçiləcək.
1xeber.media modern.az-a istinadən xəbər verir ki, hazırda fakültənin dekanı olan Vüqar Zifəroğlunun vəzifəsindən ayrılacağı gözlənilir. 2017-ci ildən fakültəyə rəhbərlik edən Vüqar Zifəroğlu dekan vəzifəsi üzrə müsabiqəyə müraciət etməyib.
Dekanlıq üçün fakültənin üç kafedra müdirinin – Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovanın, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovanın, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmlinin adları çəkilir.
Qeyd edək ki, müvafiq qaydalara əsasən, dekanlar müsabiqə yolu ilə beş il müddətinə seçilir. Müqavilə müddətinin bitməsinə iki ay qalmış yeni müsabiqə elan olunmalıdır. Eyni şəxs həmin universitetdə dekan vəzifəsinə ardıcıl iki dəfədən artıq seçilə bilməz. Dekan vəzifəsinin icrası müvəqqəti həvalə olunduqda isə bu müddət üç aydan çox olmamalıdır.

















