Gürcüstanda kütləvi etiraz...Əhali küçələrə axışdı
Tiflis və Gürcüstanın bir sıra digər şəhərlərində Avropa Birliyi ilə üzvlük danışıqlarının dayandırılmasının elan edilməsindən sonra aksiyalar başlayıb.
Yerli media xəbər verir ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin, parlament binası qarşısında yüzlərlə insan toplaşıb.
Aksiyanın keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları keçirilir.
Qeyd edək ki, İ.Kobaxidze 2028-ci ilin sonuna qədər Avropa Birliyinə üzvlük məsələsinin gündəmə gətirilməyəcəyini və ittifaqın qrantlarından imtina edildiyini elan edib.