İsrail Livanın cənubundakı zərbələri tədricən dayandırmaq üçün prinsipial razılaşmaya baxmayaraq, ABŞ səfiri Tom Barakın Livanın "Hizbullah" hərəkatı ilə hərbi əməliyyatları dayandırmaq təklifini rədd edib.
1xeber.media xəbər verir ki, bu barədə "Əl-Cədid" qəzeti yazıb.
Strateji İşlər Naziri Ron Dermer Baraka İsrailin hədəflənmiş sui-qəsd cəhdlərini və zərbələri tədricən dayandırmağa razılaşacağını və Livanın cənubundakı bir neçə əsas nöqtədən geri çəkiləcəyini bildirib.
Məlumata görə, İsrail sərhəddəki bir neçə kəndin boşaldılmasında və bufer zona kimi xidmət etməsində israr edib.
İsrail Livanın orada fabriklər və digər sənaye zonaları qura biləcəyini, mülki əhalinin ərazini tərk etməli olduğunu vurğulayıb.