Almaniya regionun ən böyük iqtisadiyyatı kimi Avropanın hərbiləşdirilməsində böyük rol oynayır.
1xeber.media xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Aşağı Saksiya federal torpağının Unterlyus yaşayış məntəqəsində Rheinmetall şirkətinin artilleriya zavodunun açılış mərasimində çıxışı zamanı deyib.
Rutte iddia edib ki, Avropa və ABŞ silah istehsalında Rusiya və Çini geridə qoymalıdır.
"Mən bunun belə olacağına əminəm”, - deyə Rutter bildirib.