Dünən gecə Kiyevə edilən dəhşətli hücumlar, bu qədər günahsız mülki insanın ölümü bir daha göstərir ki, biz Rusiyaya qarşı sadəlövh ola bilmərik.
1xeber.media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "X" platformasındakı paylaşımda qeyd edib.
"Biz Ukraynanın özünü müdafiə etmək və davamlı sülhü təmin etmək üçün lazım olan hər şeyə malik olmasını təmin etməliyik", - Rutte bildirib.