Suriyanın Əs-Suveyda əyalətində iyul ayında əsasən druzların yaşadığı ərazilərdə mülki şəxslərə qarşı cinayət törətməkdə şübhəli bilinən müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları saxlanılıb və sorğu-sual edilib.
1xeber.media “Röyters”ə istinadən xəbər verir ki, zorakılıqları araşdırmaq üçün müvafiq komissiya təyin edilib.
Təşkilatın sözçüsü Əmmar İzzəddin mediaya bildirib ki, daxili işlər və müdafiə nazirlikləri əməkdaşları zorakılıqda şübhəli bilinərək dindirilib və ədliyyə orqanlarına göndəriliblər.
İzzəddin neçə məmurun saxlanıldığını söyləməyib.
Qeyd edək ki, Əs-Suveydada baş verən qarşıdurmalarda yüzlərlə insan həlak olub.