1xeber.media  xəbər verir ki, bunu "ABC News"a müsahibəsində Ukrayna lideri  Volodimir Zelenski deyib. 

Zelenskinin sözlərinə görə, Tramp xüsusilə Moskvaya getməyi ondan tələb edib. 

"Bu, prezident Trampın siqnalı idi və mən dedim ki, "Cənab prezident, mən istənilən görüşə hazıram, amma Rusiyada yox". İstənilən görüş, ikitərəfli, üçtərəfli, biz şad olarıq, hətta ilin əvvəlində qoyduğumuz ilkin şərtlərə, atəşkəs haqqında, sonra görüş haqqında danışdıq”, - deyə Zelenski bildirib.

Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında qeyd edib ki, Zelenski ilə ən ideal görüş yeri Moskvadır. Putin əlavə edib ki, onlar Rusiya Federasiyasının paytaxtına səfər etmək qərarına gəlsələr, Ukrayna lideri və onun nümayəndə heyətinin təhlükəsizliyinə 100% zəmanət verməyə hazırdır.