"Rusiyanın bizə qarşı münasibəti o qədər də yaxşı olmadığına dair şübhələr var".
1xeber.media xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
O, əmin edib ki, Ermənistan bütün ölkələrlə qardaş ölkə kimi yanaşır."Bilmirəm, onlar (Rusiya – red.) bizə qarşı eyni münasibətdədir, ya yox”, - Simonyan qeyd edib.
Həmçinin Simonyan əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək. Səfər zamanı o, Rusiya lideri Vladimir Putinlə görüşəcək.