Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb.
Bu barədə ölkənin rabitə və texnologiya naziri İyad əl-Xatibi məlumat verib.
O bildirib ki, hökumət üzvləri yaxın iki gün ərzində işə qayıdacaqlar.
Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb. Müxalif liderlər isə canlı yayımda rejimin bitdiyini elan ediblər.