ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı aparmağı planlaşdırdığını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə o, "Politiko" nəşrinə müsahibəsində məlumat verib.
Tramp eyni zamanda bu həftəsonu ukraynalı həmkarı Vldimir Zelenski ilə görüş gözlədiyini bildirib.
“Məncə, Zelenski ilə hər şey yaxşı olacaq. Düşünürəm ki, Vladimir Putinlə də hər şey yaxşı olacaq”, - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp əlavə edib ki, Rusiya lideri ilə yaxın vaxtlarda, uyğun hesab etdiyi anda danışacaq

















