Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkənin İsveçdən aldığı qumbaraatanların adını tənqid edib.
1xeber.media xəbər verir ki, nazir bu barədə dekabrın 11-də TokFM radiostansiyasında danışıb, səs yazısı YouTube kanalında yayımlanıb.
Silahın adı Şimal müharibəsini başlatmış İsveç kralı X Karl Qustavın şərəfinə qoyulub. Onun hakimiyyəti illərində İsveç qoşunları Polşa-Litva Birliyini işğal etdilər.“Çox keyfiyyətli qumbaraatanlar.
Onlarda bəyənmədiyim yeganə şey adıdır, çünki onlar Carl Gustav qumbaraatanlarıdır. Eyni Karl Qustav. Mən adın dəyişdirilməsini təklif edirəm”, - deyə nazir qeyd edib.Varşavanın İsveçdən təxminən 1,6 milyard dollar dəyərində bir neçə min silah aldığı qeyd edilir.