Finlandiyalı siyasətçidən fon der Lyayenə sərt ittiham: “Rusiya ilə gərginliyi artırır”
1xeber.media xəbər verir ki, Finlandiyalı siyasətçi Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni Rusiya ilə münasibətlərdə gərginliyi artırmaqda ittiham edib.
Siyasətçinin sözlərinə görə, Brüsselin Moskvaya qarşı sərt mövqeyi Avropada təhlükəsizlik risklərini daha da yüksəldir. Fon der Lyayen isə son açıqlamalarında Rusiyaya qarşı təzyiqlərin artırılmasını və Ukraynaya dəstəyin davam etdirilməsini müdafiə edib.
Son günlər Avropada Rusiya ilə bağlı təhlükəsizlik müzakirələri, xüsusilə də Ukraynada davam edən müharibə fonunda, daha da kəskinləşib.

















