Səhnə adı P.Diddy ilə tanınan reper Şon Kombs mediaya qarşı 50 milyon dollarlıq böhtan iddiası qaldırıb.
1xeber.media xəbər verir ki, bu barədə Amerikanın ABC News nəşri məlumat yayıb.
Çoxsaylı cinsi cinayətlərdə və insan alverində ittiham olunan musiqiçi NewsNation-ı onun işi ətrafında "media qəzəbinə səbəb olmaqda, gülünc iddialar uydurmaqda və əsassız fərziyyələri gücləndirməkdə" günahlandırıb.
P.Diddi həmçinin reperin digər məşhurlara və azyaşlı qurbanlara qarşı cinsi təcavüzə dair görüntüləri olduğunu iddia edən şahidi məhkəməyə verib.
Daha əvvəl həbsdə olan reper P.Diddinin əsəb böhranı keçirdiyi məlum olub. Musiqiçinin onu müayinə üçün həbsxana xəstəxanasına aparmaq üçün mühafizəçilərə “yalvardığı” bildirilir.