Ukrayna Silahlı Qüvvələrinin (AFU) yüksək rütbəli generallarının həbsi keçmiş baş komandan Valeri Zalujnıya mümkün işarədir.
1xeber.media xəbər verir ki, bu barədə “Strana” nəşri Ukraynanın siyasi dairələrindəki adı açıqlanmayan mənbələrə istinadən yazır.
Nəşr, ittiham tərəfinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki uğursuzluqlarına və kütləvi fərariliyə görə məsuliyyət daşıyan generalların son həbslərindən yazır. Jurnalistlərin fikrincə, onların müzakirələri zamanı Zalujnının adı getdikcə daha çox hallanır. Ukraynanın siyasi dairələrində onun 2022-ci ilin fevralında Xersonun itirilməsi səbəbindən həbs oluna biləcəyi ilə bağlı şayiələr dolaşır.
Nəşr həmçinin iddia edir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi Zalujnı sözügedən epizod üzrə cinayət işi ilə hədələyərək onu seçki yarışında iştirakdan çəkindirməyə çalışır.
Yanvarın 22-də Ukraynada generallar Yuri Qaluşkin və Artur Qorbenko həbs edilib. İstintaqın məlumatına görə, Qaluşkin “Xarkov” operativ-taktiki qrupunun komandiri olmaqla, səhlənkarlıq göstərib və bu, Kiyevin Xarkov vilayətindəki ərazilərin bir hissəsinə nəzarəti itirməsinə gətirib çıxarıb.