Hind dilinin 5300 illik şifrəsini tapana 1 milyon dollar veriləcək.
1xeber.media xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Hindistanın cənub-şərqində Tamil Naud əyalətində qədim sivilizasiyaya aid yazının şifrəsini oxuya bilənə 1 milyon dollar mükafat vəd edilib.
İşarə və rəmzlərdən ibarət mətn əsasən möhür və saxsı qablar üzərinə həkk edilən 4000 yazıdan ibarətdir. Mütəxəssislər onu erkən Brahmi yazıları və Şumer dilləri ilə əlaqələndirirlər.
Yazının mənasının tapılması alimlərə qədim idarəçilik və inanclar haqqında daha çox məlumat əldə etməyə kömək olacaq.