Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
1xeber.media xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Baş nazir Trampı ikinci prezidentlik müddəti münasibətilə təbrik edib və Hindistanın ABŞ ilə qarşılıqlı faydalı tərəfdaşlığa can atdığını vurğulayıb.
Modi sosial mediada yazıb: “Biz xalqlarımızın rifahı və qlobal sülh, firavanlıq və təhlükəsizlik naminə birlikdə çalışacağıq”.