“Rusiya və Ukrayna arasında atəşkəs yaxınlaşır, lakin bu, yekun sülh olmayacaq. Sadəcə təmas xəttində gərginlik dondurulacaq”.
1xeber.media xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhdən sonra özünü qalib elan edəcəyini bildirib:
“Lakin bununla yanaşı, həm Rusiya, həm də Ukraynada “qalibləri” yeni oyunçularla əvəzləmək mövzusu aktuallaşacaq. Artıq Kiyevin siyasi elitası və “Kreml qüllələri” arasında müxtəlif qruplar hakimiyyət uğrunda ölümcül mübarizəyə hazırlıq görürlər, onlar “gizli” şəkildə hərəkətə keçiblər. Qərb onlarla təmasdadır, ümidverici siqnallar göndərir və qarşıdurmanın daha da kəskinləşməsinə çalışır”.
Keçmiş nazirin sözlərinə görə, AZAL-ın təyyarəsinin vurulması məsələsi Kremlə yaxın qruplar arasında siyasi mübarizə istifadə üçün fona çevrilib.
“Hazırda məsələ ilə bağlı aparılan təbliğat kampaniyasından görünür ki, Rusiya xüsusi xidmət orqanlarından olan şəxslər həm öz ölkələri, həm də Azərbaycandakı agentlərinə nəzarəti davam etdirirlər. Burada söhbət Rusiya dövlətinin hazırkı rəhbərinə aydın olaraq meydan oxuyan iddialı və güclü “Kreml qülləsi”ndən gedir.
Politoloq deyib ki, Azərbaycan Prezidenti mövzu il bağlı öz mövqeyini açıq şəkildə bildirdi:
“Bizi öz daxili siyasi çəkişmələrinizə qatmağa çalışmayın. Tələb edirik ki, təyyarəmizlə bağlı faciə ilə əlaqədar Rusiyanın mövqeyi yalnız beynəlxalq hüquq çərçivəsində məhdudlaşdırılsın, mövzunu “haqq-hesab çəkmək” məsələsinə endirməyə cəhd etməyin. “Kreml qüllələri” və Qərb oyunçuları başa düşməlidirlər ki, “yeni Priqojinlər” onların problemidir və bizi bu macəraya sürükləməyin mənası yoxdur”.
globalinfo.az