1990-cı illərdə mərhum Prezident Heydər Əliyevin tərcüməçisi olmuş Rauf Hüseynovu çoxları xatırlayır.
Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov Prezidentin mühüm xarici səfərlərində onu müşayiət edib.
Rauf Hüseynov prezident Heydər Əliyevin 1997-ci ildə ABŞ-a çoxgünlük səfərində tərcüməçi kimi iştirak edib. Burada ABŞ prezidenti Bill Klinton, Amerikanın görkəmli siyasətçiləri, politoloqları ilə görüşlərdə olub.
2000-ci illərin əvvələrində tərcüməçi kimi fəaliyyətini başa vuran R.Hüseynov bir müddət pedaqoji fəaliyyət göstərib.
Bəs indi Heydər Əliyevin məşhur tərüməçisi Rauf Hüseynov hardadır?
AzPost bildirir ki, Heydər Əliyevin məşhur tərüməçisi Rauf Hüseynov hazırda bizneslə məşğuldur. Onun yaxınlarının verdiyi məlumata görə, işi ilə bağlı Türkiyə, Britaniya və ABŞ-da olur. Azərbaycanda yaşamır, amma işləri ilə bağlı ildə bir neçə dəfə Bakıya gəlir. Onun Bakıda otel biznesinin olduğu vurğulanır.
Rauf Hüseynov evlidir, 3 övladı var.