“Teleqram kanalımda bildirmişdim ki, 26 yanvara qədər zəlzələlər gözlənilir. Belə də oldu, Xəzərdə zəlzələ baş verdi. Şükür ki, dağıdıcı olmadı”.
1xeber.media xəbər verir ki, bunu kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev Teleqram kanalında yazıb.
O, 7 fevrala qədər yeni zəlzələlərin olacağını proqnozlaşdırıb:
“Dünya xəritəsində hansı yerlərin təhlükədə olduğunu paylaşacağam. Fevral ayı zəlzələ və qasırğalarla bağlı daha aktivdir”.
Xatırladaq ki, 2023-cü ilin 6 fevral tarixində Türkiyədə dəhşətli zəlzələ baş vermişdi. Həmin faciəvi hadisə nəticəsində 53 mindən çox insan həlak olmuşdu.