Slovakiyanın baş naziri Robert Fiko Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün may ayında Rusiyaya səfər edəcək.
1xeber.media RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Slovakiya hökumətinin başçısı diplomatik korpusla görüşü zamanı bildirib.
“Əgər səhhətim imkan versə, Moskvada keçiriləcək faşizm üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcəyəm”, - deyə siyasətçi təsdiqləyib.