Keçmiş ədliyyə naziri, Polşanın keçmiş baş prokuroru Zbiqnev Ziobro onu saxlamağa gələn polis əməkdaşlarından “Republika” telekanalının studiyasında gizlənib.
1xeber.media xəbər verir ki, bu barədə teleşirkətin özü məlumat verib.
“Polis onu saxlayıb Peqasus İstintaq Komitəsinə aparmaq istəyəndə Ziobro TV Republika studiyasında peyda olub. Ziobro müsahibə verərkən polis “Republika TV” studiyasına gəlib”, – nəşr yazır.
Yarım saatdan sonra Zebro studiyanı təkbaşına tərk edib, binanın foyesində saxlanılıb, daha sonra dindirilmək üçün müstəntiqə aparılıb.