Yanvarın 30-u Beyləqan rayonunun Birinci Aşıqlı kəndində baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan gənc ölüb.
Rayonun Şərq qəsəbəsinin sakini 1999-cu il təvəllüdlü Novruzlu Fuad Zaur oğlu dünən müalicə olunduğu Beyləqan Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, F.Novruzovun idarə etdiyi “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılmışdı. O, hadisə nəticəsində ağır bədən xəsarətləri almışdı.//qafqazinfo