Almaniya ABŞ prezidenti Donald Trampın NATO ölkələrində müdafiə xərclərini hər ölkənin ÜDM-nin 5%-ə çatdırmaq təklifinə qarşı çıxır.
1xeber.media xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorus məlumat verib.
Hərbi idarə rəisinin qeyd etdiyi kimi, Amerika liderinin bəhs etdiyi rəqəm hətta bir Almaniya miqyasında da çox böyükdür.
"ÜDM-in 5%-i federal büdcənin 42%-nə uyğundur - bu, federal hökumətin xərclədiyi demək olar ki, hər ikinci avrodur, yəni 230 milyard avrodur. Biz bunu ödəyə bilməzdik və bu qədər də xərcləyə bilməzdik", - Pistorius bildirib.