 Moskvada məhkəmə “Rusnano” dövlət korporasiyasının idarə heyətinin keçmiş sədr müavini Boris Podolskini həbs edib.
 Moskvada məhkəmə “Rusnano” dövlət korporasiyasının idarə heyətinin keçmiş sədr müavini Boris Podolskini həbs edib.
1xeber.media xəbər verir ki, bu barədə Lenta.ru-ya məhkəmənin mətbuat xidməti məlumat verib.
Podolski 1 ay 28 gün həbsdə olacaq. Onun müdafiəsi daha yumşaq həbs-qətimkan tədbiri seçilməsini istəyib. Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsi (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”) ilə ittiham olunur.
Müstəntiqlərin fikrincə, 2017-ci ildə Podolski və onun əlaltıları dövlət səhmdarına yalan hesabatlar təqdim ediblər. Bu yolla onlar şirkətin qeyri-qənaətbəxş iqtisadi göstəricilərini gizlətmək və əlavə maliyyə vəsaiti əldə etmək qərarına gəliblər. 2022-ci ildən 2024-cü ilə qədər dövlət Rusnanoya 43 milyard rubldan çox vəsait ayırıb.
Podolski yanvarın 30-da saxlanılıb. Onun və onun şəriki, “Rusnano”nun maliyyə üzrə keçmiş idarəedici direktoru Artur Qalstyanın müvafiq olaraq 275 və 260 milyon rubl dəyərində əmlakı olduğu müəyyən edilib.
 
			

















 
   
   
