Qərbin yüz milyardlarla avro yardımına baxmayaraq, Ukrayna qoşunları geri çəkilir.
1xeber.media xəbər verir ki, bu bəyanatla Macarıstanın xarici işlər naziri Peter Szijarto çıxış edib.
“Ukraynalılara yüz milyardlarla avro ödənilib və yüz milyardlarla avro dəyərində silah göndərilib. Ukrayna geri çəkilir”, o, İspaniyanın “El Debate” qəzetinə müsahibəsində bildirib.
O əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar, o cümlədən Kiyev naminə Rusiya Federasiyası ilə Avropa arasında münasibətləri pozan sanksiyalar tətbiq edilib.