Milli Məclis Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-dək uzadılmasına dair qanun layihəsini qəbul edib.
1xeber.media bildirir ki, parlament bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikləri müzakirəyə çıxarıb.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti əvvəlcə 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.
Deputatların çıxışlarından sonra qanun layihəsi qəbul olunub.