Yeddinci çağırış Milli Məclisin üzvü olan deputatların nə qədər maaş alacağı maraq doğuran məsələlər sırasındadır. VII Çağırış Milli Məclisə seçkilərdə gözləntilərin əksi olaraq bir xeyli yaşlı deputatlarımız yerində qaldı. Belə ki, pensiya yaşını çoxdan tamamlayan bu şəxslər təqaüdlə yanaşı, həm də maaş alırlar.
Maraqlıdır həm maaş, həm də pensiya alan deputatların aylıq qazancı nə qədərdir?
Hazırda VII Çağırış Milli Məclisdə yaşı 65-i keçən 30-dan çox deputat təmsil olunur.
Son dəyişikliyə əsasən, Milli Məclisin sıravi deputatların maaşları 43% artırılıb. Belə ki, iki il əvvəl 1732 AZN əmək haqqı alan deputatın maaşı 2022-ci ildən sonra 2485 manat olub. Bu məbləğin üzərinə vəzifə maaşının iki misli məbləğində vəzifə əlavəni gələndə isə onların gəlirləri 7455 manata yüksəlib.
Yeni artımla sıravi deputat maaşı 2 485 manat olub. Təkcə Milli Məclis üzvlərinin vəzifə maaşında yox, onlara hər ay verilən əlavə pul vəsaitində də artım olub – deputatlar indi hər ay maaşlarının bir misli deyil, iki misli qədər əlavə alır. Yəni deputat bundan sonra hər ay 2 485 manat maaşdan savayı, 4 970 manat vəzifə maaşına əlavə alır. Bununla da deputatın aylıq gəliri 7 455 AZN olub. Beləliklə, aydın olur ki, Milli Məclisdə siravi deputatların aylıq maaşı təxminən 7400-7500 manat aralığındadır.
Qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin pensiyaya çıxmış deputatları hazırda fəaliyyətdə olan keçmiş həmkarlarının maaşlarının 80 faizi həcmində pensiya alırlar. Nəzərə alsaq ki, Azərbaycanda millət vəkillərinin vəzifə maaşları təxminən 43 faiz artıb, üstəlik, deputatlar hər ay vəzifə maaşlarının 2 misli qədər əlavə pul alırlar. Bu, “Milli Məclisin deputatının statusu” haqqında Qanuna edilən dəyişikliklər nəticəsində mümkün olub.
Nəticə etibarilə, hazırda deputatların aylıq məvacibinin 7 455 AZN olduğunu nəzərə alsaq, sabiq millət vəkillərinin ayda 5 964 azn civarında pensiya aldığı aydın olur.
Deməli, hazırda VII Çağırış Milli Məclisdə pensiya yaşını tamamlayan deputatlar pensiya və aylıq əməkhaqqıları ilə birlikdə təxminən 13400 azn aylıq qazancı olur. Amma bu rəqəm Milli Məclisin komitə və komissiya sədrlərinin əməkhaqları ilə müqayisədə daha yüksək ola bilər. Çünki onların maaşları sıravi deputatların maaşından fərqlənir.
Bəs hansı deputatlar təqaüdlə yanaşı, həm də maaş alır?
Həmin siyahını təqdim edirik:
1. Səmədzadə Ziyad (84 yaş)
2. İbrahimov Eldar (79 yaş)
3. Musabəyov Rasim (73 yaş)
4. Mollazadə Asim (71 yaş)
5. Əhmədov Əli (71 yaş)
6. Quliyev Eldar (73 yaş)
7. Zabelin Mixail Yuryeviç (78 yaş)
8. Rəfailov Anatoliy (71 yaş)
9. Hüseynov Rəfael (70 yaş)
10. Əmiraslanov Əhliman (76 yaş)
11. İbrahimli Fəzail (73 yaş)
12. Paşazadə Cavanşir (71 yaş)
13. Salahlı Səyyad (72 yaş)
14. Abbasov Aqil (71 yaş)
15. Rzayev Tahir (74 yaş)
16. Hacıyev Sabir (70 yaş)
17. Qurbanlı Mübariz (70 yaş)
18. Məsimli Əli (71 yaş)
19. Məmmədov Elman (74 yaş)
20. Bülbüloğlu Polad (79 yaş).
21. Vəliyev Ağalar (67 yaş)
22. Vəliyeva Sədaqət (70 yaş)
23. Sadıqov Bəxtiyar (73 yaş)
24. Naxçıvanlı Aqiyə (74 yaş)
25. Elman Məmmədov (74 yaş)
26. Səttar Möhbalıyev (69 yaş)
27. Hüseynova Hicran (69 yaş)
28. Mirzəzadə Aydın (66 yaş)
29. Qasımlı Musa (66 yaş)
30. İsgəndərov Anar (68 yaş)
31. Hacıyev Sabir (70 yaş)
32. Sahibə Qafarova- Milli Məclisin sədri (69 yaş)
Qeyd edək ki, bu siyahı "
gununsesiinfo.az" saytına aiddir.ajans.az