Hökumənin əmək fəaliyyətilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib. Digər əşyaları isə bizim evdə təşkil olunan muzeydə sərgilənəcək.
1xeber.media xəbər verir ki, bu sözləri teleqraf.coma açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın 40 mərasimi ilə əlaqədar məzarını ziyarət edən atası Cəlil Əliyev deyib.
C.Əliyev qızının həlak olması ilə nəticələnən qəzada günahkarların ən ağır cəza alacaqlarına ümid etdiyini bildirib.