Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAPO) Kiyev şəhərinin hökumət orqanlarında dələduzluqla məşğul olan cinayətkar qrupun ifşası üzrə əməliyyat keçirir.
1xeber.media xəbər verir ki, bu barədə təhlükəsizlik agentliyinin Telegram kanalı məlumat yayıb.
“SAP və NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu - Red.) Kiyev Şəhər Şurasında və Kiyev Şəhər Administrasiyasında torpaq korrupsiyası ilə məşğul olan cinayətkar təşkilatı ifşa etmək üçün genişmiqyaslı əməliyyat keçirir”, - məlumatda deyilir.