Hindistan Çindən 400 pilotsuz uçuş aparatının (PUA) komponentləri ilə tədarükü ilə bağlı müqaviləni ləğv edib.
1xeber.media xəbər verir ki, bu barədə “Times of India” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Təəssüf ki, bəzi Hindistan şirkətləri silahlı qüvvələr üçün pilotsuz təyyarələrin istehsalında Çin elektronikası və komponentlərindən istifadə edir. Bu, düşmənin PUA-ları sıradan çıxarmaq qabiliyyətinə görə kibertəhlükəsizlik və hərbi əməliyyatlar üçün ciddi təhlükədir”, - nəşr anonim mənbəyə istinadən yazır.