ABŞ prezidenti Donald Trampın adanın ilhaqının zəruriliyi ilə bağlı bəyanatları fonunda NATO Qrenlandiyaya qoşun göndərməyi müzakirə edir.
1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Orada qeyd olunub ki, alyans ölkələrinin nümayəndələri qeyri-rəsmi danışıqlar zamanı ABŞ-a qarşı kollektiv müdafiə bəndindən istifadə imkanlarını müzakirə ediblər.
“Hətta Qərb hərbi alyansının qarşılıqlı müdafiə bəndi olan 5-ci maddənin ABŞ-ın NATO üzvü olan dövlətə müdaxiləsi halında tətbiq oluna biləcəyi ilə bağlı suallar qaldırılıb”, - nəşr yazır.