Rusiya alimləri planetlər arasında səyahətə və Marsa səfər etməyə imkan verəcək plazma raket mühərrikinin prototipini hazırlayıblar.
1xeber.media xəbər verir ki, “İzvestiya” texnologiyanın necə işlədiyi barədə məlumat verib.
“Plazma mühərrikin prototipi 300 kilovat gücə malikdir. Adi elektrik avtomobilindən cəmi bir neçə dəfə çoxdur. Amma bu, pilotlu kosmik gəminin Marsa çatması və Yerə qayıtması üçün kifayətdir. Sistem kosmos şəraitini simulyasiya edən xüsusi kamerada sınaqdan keçiriləcək”, - Polyakov bildirib.
Meqa-layihə Moskvadakı Rosatom Elmi İnstitutunda hazırlanır; bu il ilk təcrübələr başlayacaq.