Ötən həftə neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.
1xeber.media xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,7 ABŞ dolları və ya 2,15% azalaraq, 77,34 dollar/barel təşkil edib.
Bu dövr ərzində maksimum qiymət 78,42 dollar/barel, minimum isə 76,42 dollar/barel təşkil edib.
Ötən həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 76,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,76 ABŞ dolları və ya 2,26% azdır. Sözügedən dövr ərzində maksimal qiymət 77,23 dollar/barel, minimum isə 75,12 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2,7 ABŞ dolları və ya 4,23% azalaraq 61,17 dollar/barel təşkil edib. URALS neftinin maksimal qiyməti 62,87 dollar/barel, minimum isə 59,68 dollar/barel təşkil edib.
“Dated Brent” markalı neftin orta qiyməti 2,22 dollar və ya 2,86% ucuzlaşaraq 75,37 dollar/barelə bərabər olub. Ötən həftə “Dated Brent” neftinin maksimal qiyməti 76,37 dollar/barel, minimum isə 74,53 dollar/barel təşkil edib.